Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində oğurluq hadisələri törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan 7NEWS.az-ın bölgə müxbirinə verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 28 yaşlı Kərim Məmmədov mart ayının 22 və 23-də şəhər ərazisində vətəndaşlara məxsus iki fərdi yaşayış evindən ümumilikdə 5590 manat dəyərində müxtəlif məişət əşyalarını oğurlayıb. K. Məmmədov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırılıb
02.05.2024, 18:28 / HADİSƏ -
-
"Baboşu" bahalı "Gelandewagen"lə görməyə gələn şəxs barəsində cinayət işi başlanılıb - VİDEO
28.04.2024, 14:44 / HADİSƏ -
"La Corne Hotel" biabırçı problemlər - Onlar bizi xarici qonaqların yanında üzü qara edir?
27.04.2024, 10:36 / HADİSƏ -
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
27.04.2024, 10:27 / HADİSƏ -
Anar Tağıyev kimlərə güvənir ki belə məsuliyyətsizlik edir?
26.04.2024, 16:38 / HADİSƏ -