GƏNCLƏR FONDU FƏRDİ ŞƏXSLƏR ÜÇÜN 13-CÜ QRANT MÜSABİQƏSİNİ ELAN EDİR!

OXUNUB: 604 SOSİAL
Fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək olan Azərbaycan Respublikasının Gənclər Fondu bu gündən etibarən 18-29 yaşlı gəncləri 13-cü qrant müsabiqəsində iştirak etmək üçün "C” kateqoriyası üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir. 

Layihə təklifləri Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçərək və saytda göstərilən həmin formaya uyğun olaraq, elektron qaydada təqdim edilməlidir.

13-cü qrant müsabiqəsinin "C” kateqoriyası üzrə müəyyənləşdirilmiş, prioritet istiqamətləri və qaydaları ilə bağlı ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:https://youthfoundation.az/52061

Layihə təklifləri üçün son tarix 23 avqust 2019-cu il, saat 18:00.
 
 
 
İcmal.Az

RƏYLƏR