Gənclər üçün Təhsil Mərkəzi Avropa Parlamentinin üzvlərinə hədəflənən "Twitter" aksiyası keçirir

OXUNUB: 1195 QHT

Mərkəzin baş katibi Gülnar Xəlilova-nın verdiyi məlumata görə, internet aksiya əsasən "Twitter” sosial şəbəkəsində keçirilərək 06-10 iyul   tarixlərini əhatə edəcək. Bütün təbliğat işi #Nkpeace, #stoparmenianaggresion, #GTMECY , #EuropeanParliament , #EPMEPs həştəqləri ilə aparılıb.

Aksiyanın məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisi və mülki obyektlərini iyul ayının 4-də müxtəlif ölçülü odlu silahlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həyatını itirməsi, Sərvinaz Quliyevanın yaralanması və mülki obyektlərə zərər yetirilməsi ilə bağlı həqiqətləri Avropa Parlamentinin üzvlərinə çatdırmaqdır.

Bununla bərabər gənclər ərazi bütövlüyümüzün və müstəqilliyimizin tarixi həqiqətlərinə həsr olunmuş məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndərəcəklər.

Aksiyada istifadə etmək üçün ingilis dilində materiallar hazırlanmış və təbliğat zamanı onlardan istifadə olunacaqdır.

RƏYLƏR