Gənclik MALL-da yerləşən “New Yorker” mağazasında şok kassa maxinasiyası – MÜŞTƏRİLƏR BELƏ ALDADILIR

OXUNUB: 6832 Seçilmiş Önəmli Özəl İQTİSADİYYAT

Son 10 ildə ölkəmizdə aparılan iqtisadi islahatlar azad bazar mühitinin formalaşmasına müsbət təsir edib. Bugün sahibkarlarların hərtərəfli fəaliyyəti üçün irimiqyaslı layihələr həyata keçirilməkdədir. Prezident İlham Əliyev demək olar ki, bütün iqtisadi müşavirələrdə sahibkarlara hər zaman dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Lakin bəzən ölkədə gedən bu tip müsbət məqamlardan sui-istifadə edənlər də olur. Bəzi şirkətlər qısa zaman kəsiyində külli miqdarda vəsait qazanmaq üçün ağlasığmaz CİNAYƏTLƏRƏ əl atırlar. Bəziləri saxta endirim kampaniyaları keçirir, bəziləri isə kassa maxinasiyası.

İCMAL.azredaksiyasına daxil olan növbəti şikayət Gənclik MALL-da yerləşən "New Yorker” mağazası ilə bağlıdır. Müraciətdə deyilir ki, mağazada satılan geyimlərin üzərinə 1 qiymət qoyulur, kassada isə başqa bir qiymət çıxır. Şikayətçinin göndərdiyi fotofakt isə bunu bir daha sübut edir. Belə ki, müştəri üzərində 14 manat yazılan köynəyi geyinir, bəyənir və kassaya yaxınlaşır. Kassada isə bu köynəyin 60 manat olduğu söylənilir. Müştəri isə bunun qanunsuz əməl, hətta cinayət tərkibli olduğunu deyəndə mağaza administratoru dərhal köynəyin 14 manat reklamlı vitrindən çıxarılmasını tələb edir. Görünən odur ki, bu taktiki fırıldaqçılıq öz hüquqlarını bilməyən insanlara hesablanıb.

Bu qanunsuz əməllərinə görə "New Yorker” mağazası cinayət məsuliyyətinə cəlb edilə bilər. Belə ki, mağaza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1 və 213.2.1 maddələri ilə ittiham oluna bilər. Müştərilərdən isə vitrindəki qiymətlərə aldanmamağı, kassaya yaxınlaşarkən daha diqqətli olmalarını tövsiyyə edirik.

Mağaza ilə bağlı redaksiyamıza daxil olan digər məlumatları yaxın gələcəkdə paylaşacağıq.

İCMAL.az

RƏYLƏR