“Həyat verən gənc donorlar” layihəsinə start verilib – GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

OXUNUB: 7102 Səhiyyə SOSİAL

Gənclər Fondunun dəstəyi ilə reallaşan "Həyat verən gənc donorlar” layihəsinə start verilib. Bu barədə saytımıza layihə müəllifi Nəzərbəy Hacıağayev məlumat verib: ""Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi bu xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsinə səbəb olmuşdur. Görülən tədbirlər nəticəsində hemofiliyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunmasına, ömürlərinin uzanmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına nail olunmuşdur.Lakin buna baxmayaraq,hemofiliyalıxəstələrə göstərilən tibbi yardımın daha da təkmilləşdirilməsinə ehtiyac vardır. Layihənin əsas məqsədi inkişaf etməkdə olan kütlə arasında yəni məktəblərdə, unveristetlərdə yataqxanalarda və tibb ocaqlarında sağalam həyat tərzi və könüllü, təmənasız qan donrluğu mövzusunda seminar və treninqlərkeçirməklə mövzu ətrafında ətraflı fikir formalaşdırmaqdır. Bununla bərabər, ümumtəhsil ocaqlarında (məktəb və liseylərdə) təhsil alan gənc və yeniyetmələrin qan donorluğu mövzusunda düzgün maarifləndirilmsi və qan donorluğuna cəlb olunmasıdır. Ali təhsl ocaqlarında seminarlar və treninqlər vasitəsi ilə maarifləndirmə işləri həyata keçiriləcəkdər. Təlim və seminarları ixtisaslı təlimatçılar həyata keçirəcəkdir. Layihənin daha effektli və maraqlı olması üçün seminarlara müntəzəm olaraq, könüllü, daimi qan donorları da cəlb olunacaqdır.”

Məlumat üçün qeyd edək ki, layihə 1 dekabr 2019-cu il tarixdən 1 mart 2020-ci il tarixədək olan müddəti əhatə edir.

RƏYLƏR