Heyvan səsləri ilə riyazi hesabalama aparılır - Azərbaycanda ilk

OXUNUB: 339 MARAQLI

Sumqayıtda fəaliyyət göstərən uşaq mərkəzi Azərbaycanda ilk dəfə olaraq azyaşlılara heyvan səsləri ilə riyazi hesabalama metododunu tətbiq edib. 

 
İcmal.Az-ın Xəzərxəbər-ə istinadən məlumatına görə, uşaqlar bu proqramla 100 misalı 2-5 dəqiqə ərzində səhvsiz hesablaya bilirlər.

Deməli, uşaqlar hər bir heyvan səsini bir rəqəmlə işarələyib, yadda saxlayırlar. Səsləri eşidəndə isə onlara uyğun rəqəmləri beynlərində toplayıb nəticə əldə edirlər.

 

Mərkəzin rəhbəri İradə Xəlilova bildirib ki, bu hesablama metodunun kiçik yaşlı uşaqlara faydası böyükdür. Məqsəd uşaqlarda yaddaş gücünü artırmaqla yanaşı, onlarda dərketmə, qavrama, analiz və sintez, düzgün qərar vermə bacarıqlarının inkişaf etdirməkdir.

Mərkəz bu metodla yaxın vaxtlarda Sumqayıtda keçiriləcək olimpiyadaya qatılacaq.

 
İcmal.Az

RƏYLƏR