Qarabağ qazilərindən kim və hansı məqsədlərlə istifadə edir?
İCMAL.az xəbər verir ki, bu günlərdə bəzi saytlarda və sosial şəbəkələrdə "TƏCİLİ XƏBƏR İDDİA – Bakıda, Hökməlidə Qoç ləqəbli şəxs Qarabağ qazilərini döydürdü” başlıqlı videoreportaj yayımlandı. Videoreportajda qeyd olunurdu ki, 15 qazinin işlədiyi daş karxanası zəbt olunub, əlillər isə döyülüb. Məsələ ilə bağlı "TV7 Azerbaijan” həqiqətləri qarşı tərəfin dilindən öyrənə bilib. Videonu təqdim edirik: