"Sərgüzəşti vəziri-xan Lənkəran”
Allah xalqımızın aydın insanı, maarfçi, dramaturq Mirzə Fətəli Axundova rəhmət eləsin. O, 19-cu əsrdə dövlət üsul-idarəetməsində gördüyü eybəcərlikləri özbaşınalıqları və vicdanasızlığı "Sərgüzəşti vəziri- xan Lənkəran” dramında çox aydın şəkildə təsvir edə bilmiş və məzlum xalqın işbilməz, acgöz, yaramaz məmurların idarəetməsindən qurtulmasına çalışmışdır. Üstündən 2 əsr keçməsinə baxmayaraq Lənkəranda nə xanın, nə də ki vəzirinin sərgüzəştləri dəyişməyibdir. Belə ki, cənab Prezidentin böyük etimad göstərərək və xalqa ləyaqətlə xidmət etməyin ən əsas vəzifə olduğunu xatırladaraq Lənkərana göndərdiyi Taleh Azay oğlu Qaraşov rayonda olmazın özbaşınalıqları etməklə xalqla-iqtidar arasında olan mökhəm bağı yox etmək üçün əlindən gələni etməkdədir. Belə ki, Taleh Qaraşov Lənkərana gəldiyi ilk gün Şəhər İcra Hakimiyyətinin baş mühasibi Fəxrəddin müəllim kimi ziyalı bir insanı vəzifədən uzaqlaşdırmaqla öz qohumunu həmin vəzifəyə təyin etdi. Təbii ki, bu təyinatın məqsədi aydındır : rayonda etdiyi bütün maliyyə maxinasiyalarını gizli və rahat şəkildə həyata keçirmək. Dövlət başçısı cənab Prezident İlham Əliyevin Lənkərana səfərləri öncəsi”gördüyü işlərlə” ölkə başçısın qarşısına çıxmaq planını həyata keçirmək məqsədilə Taleh Qaraşov rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan yüksək məbləğdə haqq alaraq Lənkəran Gənclər Mərkəzininin tikintisini həyata keçirdi. O Gənclər Mərkəzi ki, Ölkə başçısın xəbərdarlıqlarına baxmayaraq heç bir gəncə xidmət göstərməmişdir. Dəfələrlə mətbuatda işıqlandığı kimi Mərkəz Taleh Qaraşovun özəl obyekti olaraq restoran kimi oğlu Seymur Qaraşovun birbaşa nəzarətində fəaliyyət göstərir.
Taleh Qaraşov rayonun "abadlaşdırılmasını” da Şəhər İcra Hakimiyyətinin bu sahədə Yaşıllaşdırma, Abadlıq, Mənzil Kamunal Təsərrufatı kimi idarələri olmasına baxmayaraq rayonda fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, su-kanal və .s idarələrin rəhbərlərindən aldığı aylıq haqqların hesabına həyata keçirir.Hətta həmin şəxsləri məcbur edir ki, şəhər abadlaşması üçün lazım olan təmir- tikinti materiallarını oğlu Seymur Qaraşovun Lənkəran- Astara magistiralında açdığı tikinti matrealları Mağazasından alsınlar.
Bütün bunlar azmış kimi Taleh Qaraşov müavini Rasilə Əliyevanın əli ilə Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan ” Ölkəmizi tanıyaq ! ” layihəsinə təhsil şöbəsinin müdrini və məktəb direktorlarını sıxmaqla hər bir məktəblini 250 manat qarşılığında cəlb edir.
Ölkədə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yaşıllılaşdırma hərəkatı adı altında Taleh Qaraşov Lənkəran Olimpiya İdman Kompleksinin ərasizini qanunsuz olaraq ələ keçirərək orda kiçikhəcmli həmişəyaşıl ağacları əkməklə öznün əsl niyyətini ört-basdır etməyə çalışır. Taleh Qaraşovun məqsədi həmin ərazini yüksək məbləğdə sahibkarlıq fəaliyyəti göstərən insanlara satmaqdır. O bu cür hadisəni Şəhər Mərkəzi Xəstəxanasının giriş hissəsini qanunsuz satmaqla orda obyektlərin tikintisinə icazə verməklə də etmişdi.
Taleh Qaraşovun, müavinləri Rasilə Əliyeva və Xalid Rəhimovun etdiyi ən böyük cinayətlərdən biri də Ölkə başçısı cənab İlham Əliyevin Lənkərana səfər öncəsi alinqonağın gəlişi adı ilə qonaqların yerləşdirilməsi bəhanəsi ilə idarə, müəssiə və təşkilat rəhbərlərindən yüksək məbləğdə pul almasıdır. Son olaraq 23 noyabr 2019- cu ildə Lənkəranda Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən Çay,çəltik, sitirus festifalına Mehriban xanımın gəlişini və bununla bağlı olaraq da qonaqların qarşılanması adı ilə rayonda büdcədən maliyyələşən bütün idarə rəhbərlərindən yüksək məbləğdə haqq alaraq böyük miqdarda pul mənimsədi, öz sərvətini zənginləşdirdi
Prezident İlham Əliyevin tapşırığına əsasən məcburi olaraq, könülsüz surətdə kənd və qəsəbələrdə "görüşlər” həyata keçiriən Taleh Qaraşov qəsəbə və kənd ərazi icra nümayəndələrinin əli ilə əvvəlcədən nüəyyən olunmuş insanlarla görüşməklə onlara yalan vədlər verməklə rayonda həyata keçirilən qazlaşma, məktəb tikintisi, yol çəkilişi layihələrini öz işləri kimi sakinlərin diqqətinə çadırır. Halbu ki Taleh Qaraşov rayonda sakinlər üçün heç bir sosial yönümlü iş həyata keçirməmiş, heç bir şəhid ailəsini ziyarət etməmiş, heç bir imkansız ailəni əziz günlərdə ziyarət etməmiş, gənclərin Azərbaycan Milli Ordusunda xidmətə yola salınmasında iştirak etməmiş, heç bir nailiyyətli gənci və ya idmançını, məktəblini, tələbəni qəbul edib ona diqqət göstərməmiş, dövlətin onların yanında olduqlarını bəyan etməmişdir.
Taleh Qaraşovun dövlət idarə etməsinə etdiyi ən böyük xəyanətlərdən biri də cəmiyyətdə heç bir nüfuzu olmayan, savadsız, ləyaqətsiz, bütün amalı pul olan insanları vəzifə başına gətirməsidir.O bu əməli ilə bilikli, savadlı kadrları vəzifədən uzaqlaşdırır. O bu "siyasəti” müavinləri Rasilə Əliyeva və Xalid Rəhimov vastəsilə həyata keçirir. O Rasilə Əliyeva ki Lənkəranda hər kəs onu tərbiyəsiz, qızıl tüccarı kimi tanıyır. Rasilə Əliyeva da dövlət məqamına gəlir mənbəyi kimi baxaraq tez-tez vəzifədə olan məmurlardan aylıq haqq alır, sonra da onları şərləyərək vəzifədən çıxartdırır və beləliklə vakant olmuş hər bir vəzifə üçün yüksək məbləğdə pul alaraq savadsız, hörmətsiz insanları vəzifə başına gətirmiş olur. Bütün bunları təbii ki, Taleh Qaraşovun göstərişi ilə həyata keçirir. Rasilə Əliyevə həmçinin rayonda fəaliyyət göstərən bütün bağçaları talamaqla məşğuldur. O ölkəmizin gələcəyi olan körpə balalar üçün ayrılmış qida məhsullarını bağçadan çıxartmaqla satışını həyata keçirir.
Taleh Qaraşovun digər müavini Xalid Rəhimovun bioqrafiyası isə ümumiyyətlə dövlət qulluğuna tamamilə ziddir. Belə ki, Xalid Rəhimovun yaxın illərdə avtomil qəzası edərək adam öldürməsinə baxmayaraq Taleh Qaraşov ondan yüksək məbləğdə pul alaraq onun cəzasını icbari məhkumluqla əvəzlədi. Daha sonra onu özünə müavin təyin etdi. Xalid Rəhimovun müavin gətirilməsində Qaraşovun əsas niyyəti onda idi ki , Xalid Rəhimov vaxtilə Xəritəçəkmə və torpaq şöbəsində işləmiş və Lənkəranda mövcud olan bütün torpaqlar haqqında məlumatlı idi. Taleh Qaraşov Xalid Rəhimovu vəzifəyə gətirməklə onun vasitəsi ilə rayonda mövcud olan münbit torpaqları ələ keçirməklə öz şəxsi mülki kimi sərvətinə sərvət qatmaqdadır.
Taleh Qaroşov bütün bunları qorxmadan , çəkinmədən edərək, çıxışlarında bildirir ki, o rayonun inkişafı üçün öz maliyyə imkanlarını sərf edərək 1 milyondan çox manat sərf etmişdir.Dövlət büdcəsindən rayona ayrılan pulların geri qaytardığını bəyan edir, ona görə də yuxarılarda yerinin möhkəm olduğunu bildirir.Rayonda "həyata keçirilən abadlıq quruculuq işlərinin” öz maliyyə imkanları ilə gerçəkləşdiyini vurğulayan Taleh Qaraşovun bəs bu qədər maliyyə imkanları haradandır. Təbii ki rayonda büdəcədən maliyyələşən idarə, müəssisə və təşkilatların büdcəsini nağdlaşdlraraq mənimsəməklə yığdığı pulların hesabınadır. O son olaraq cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə işsizliyin aradan qaldırılması məqsədilə yaradılmış sosial iş layihəsinin vəsaitini də mənimsəyərək ayrılmış minumum əmək haqqı miqdarında olan vəsaitləri mənimsəyir. Bütün bunlar Azərbaycan dövlətinə, onun rəhbərinə xəyanətdir, xalq-iqtidar birliyinin pozulmasına cəhddir.
Elşən Qafarov, təhsil eksperti
Mənbə: heqiqetcarcisi.az