İlham Əliyev Poroşenko ilə görüşəcək

OXUNUB: 812 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko Avropa İttifaqının "Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.

İcmal.Az-ın xəbərinə görə, bu barədə "İnterfax-Azərbaycan”a diplomatik mənbələrdən məlumat verilib.

"Dövlət başçıları Azərbaycan və Ukrayna arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər”, -  mənbə deyib.

Bundan əlavə, prezidentlər İlham Əliyevin Ukraynaya gözlənilən səfərinin vaxtı və gündəliyi ətrafında fikir mübadiləsi aparacaqlar.

"Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.

İcmal.Az

RƏYLƏR