"İnsan və Qanun" verilişinin ilk çəkilişi baş tutdu – ADƏM MƏMMƏDOVUN TƏQDİMATINDA

OXUNUB: 66 GÜNDƏM SOSİAL

7NEWS.az xəbər verir ki, bu gün "LİDER” TV-də tanınmış vəkil Adəm Məmmədovun təqdimatında "İnsan və Qanun" verilişinin ilk çəkilişi baş tutub. Verilişin mövzusu yol-nəqliyyat hadisələri, fəsadları və çıxış yolları olub.

Cəmiyyət üçün aktual olan bu mövzunu Adəm Məmmədov ölkənin ən nüfuzlu vəkillləri ilə birlikdə müzakirə edib. Qonaqlar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Əli Hüseynov, Səlahəddin Cəfərov, Emil Aslanov, media-ekspert qismində isə 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov olub. Qonaqlar sözügedən mövzu ətrafında fikir mübadiləsi aparıb, mövcud problemlərdən çıxış yolu axtarıblar. Bundan başqa bəzi hadisələrin video qeydiyyatı efirdə nümayiş olunaraq praktik təhlillər aparılıb.

Olduqca maraqlı və gərgin keçən verilişi tamaşaçılar 15 sentyabr saat 10:00-da Lider TV-də izləyə biləcəklər.

7NEWS.az

RƏYLƏR