Deputat: “Qanunvericilik namizədlərin özünüifadəsi üçün bütün imkanları yaradır”

OXUNUB: 255 GÜNDƏM SOSİAL
"Prezident seçkilərinə qısa zaman qalır. Artıq təşviqat mərhələsidir və namizədlər öz platformalarını, şüarlarını təqdim edir, fikirlərini, düşüncələrini insanlarla bölüşür. Ölkədə tam demokratik seçki mühiti var. Qanunvericilik, seçki komissiyalarının fəaliyyəti, namizədlərin və müşahidəçilərin seçki prosesində rahat özünüifadəsi üçün bütün zəruri imkanları yaradır”. Bunu secki-2024.az saytına Milli Məclisin deputatı Elşən Musayev deyib.

O əlavə edib ki, bu seçkinin məxsusi özəllikləri də var: "Əvvəla, məlum seçki ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. İkinci məqam seçkini yeni çağırışların tələb etməsidir. Nəhayət, üçüncü məqam suverenliyimizin tam bərpasından sonra prezident seçkilərinin digər seçkilərdən daha önə çıxmasıdır. Düşünürəm ki, fervralın 7-də Azərbaycan xalqının səsi və iradəsi qalib gələcək və dövlətimiz bu seçkidən sonra öz inkişafını daha da sürətləndirəcək”, - deyə Elşən Musayev fikrini yekunlaşdırıb.

RƏYLƏR