Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı özünü şübhəli və narahat apardığı üçün saxlanılıb və şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı onun ayağındakı ayaqqabının hər iki tayının uc hissəsində gömrük nəzarətindən gizlədilən, 2 ədəd bükümdə ümumilikdə çəkisi 101 qram olan ağ kristal formada psixotrop maddə - metamfetamin aşkarlanıb. Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır.
Ana səhifə
/
GÜNDƏM / AZƏRBAYCAN / HADİSƏ / İrandan gələn Azərbaycan vətəndaşının ayaqqabısından narkotik çıxdı (FOTO)
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Bakıda azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı cinayət işi başlanıb - RƏSMİ
10.12.2019, 12:22 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ, SOSİAL -
Elina Hacıyevanın ölümü ilə bağlı apelyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub
10.12.2019, 12:19 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
"EuroHome”da baş verən yanğın zamanı avtomobillərə ziyan dəyib - FOTO
10.12.2019, 12:13 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
Abşeronda top mərmisi aşkarlanıb (FOTO)
31.10.2019, 10:40 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
Bakıda qanunsuz süd məhsulları sexinin fəaliyyəti məhdudlaşdırılıb (FOTO)
24.10.2019, 17:04 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
DSX: Axtarışda olan şəxslər və narkotik alverçiləri saxlanılıb
19.10.2019, 10:53 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ -
Elina Hacıyevanın hüquqi varisinin nümayəndələri direktora ağır cəza verilməsini istəyiblər - MƏHKƏMƏ
18.10.2019, 13:29 / GÜNDƏM, AZƏRBAYCAN, HADİSƏ, SOSİAL