İsveçrədə ictimai yerlərdə üzü gizlətmək qadağan edildi

OXUNUB: 1065 DÜNYA

İsveçrənin Sankt-Qallen kantonunun parlamenti ictimai yerlərdə üzü gizlətməyin qadağan edilməsi lehinə səs verib.

Qanun layihəsi 59 səs lehinə, 54 səs əleyhinə olmaqla ilk oxunuşda qəbul olunub.

Qeyd olunur ki, qadağa ictimai yerlərdə üzünü bağlayan hər kəsə - niqabda olan müsəlman qadınlara, eləcə də mitinqdə üzünü bandana ilə gizlədən şəxslərə aid edilir./trend

 

İcmal.Az

RƏYLƏR