KATV-də nə baş verir-Tv yayım və internet kəsildi-Qiymətlər bahalaşır

OXUNUB: 1231 SOSİAL

Bakıda ən çox şikayət edilən kabel televiziyası KATV 1-dir.

İcmal.Az sosial şəbəkələrdə yayılan məlumatına görə, abunəçilər qarşısında qüsursuz keyfiyyətli yayım təqdim etmək öhdəliyi götürən KATV 1 müştərilərin etimadını doğrultmamağa başlayıb.

Bu barədə feysbuk istifadəçiləri yazıb. Bir neçə gündür müştərilərin  dediyinə görə KATV 1 onlara heç bir xəbər vermədən yayımı dayandırıb.

Oktyabrın 1-dən  KATV-1-in daxili operatorları abonentlərin zənglərinə  cavab verilmir.

Texniki şəbəkə abonentlərin  şikayətini qulaqardına vurub günlərlə məsələnin həlli gecikdirilir.
İcmal.Az xəbər verir ki, abonentlər narazılıq bildirirlər.

Son xəbər ondan ibarətdir ki, kabel televiziyaları da aylıq abunə haqqını artırmağa hazırlaşır.

Hazırda  "KATV”  internetidə kəsilib.

 

İcmal.Az

RƏYLƏR