Kürdəmirdə narkotik tərkibli bitki əkib-becərən şəxs tutulub.
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Şıxımlı kənd sakini, 1967-ci il təvəllüdlü Ziya Bilal oğlu Səmədovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirərkən oradan 28 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Fakt araşdırılır.
Qeyd edək ki, 2014-cü ildə azadlığa çıxan Z. Səmədov daha əvvəl eyni əmələ görə 8 il məhkumluq həyatı yaşayıb./apa
İcmal.Az