Layihə çərçivəsində sonuncu maarifləndirici görüş Şamaxıda keçirilib – ŞURANIN DƏSTƏYİ İLƏ

OXUNUB: 19 QHT

 

"Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Region sahibkarlarına vergi məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində sonuncu maarifləndirici görüş 02 iyul 2019-cu il tarixində Şamaxı rayonunda keçirilmişdir. Görüşdə rayonda fəaliyyət göstərən sahibkarlar, müxtəlif müəssisə və təşkilatlarda çalışan mühasiblər və QHT nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Elçin Cəfərov qonaqları salamlamış və belə bir görüşün rayonda keçirildiyi üçün təşkilatlara təşəkkürünü bildirmişdir. Daha sonra "Gənclərin Sosial-İqtisadi və Mədəni İnkişafına Dəstək” İctimai Birliyinin sədri Cavid Əliyev çıxış edərək layihənin keçirilmə məqsədi və hədəfləri barədə iştirakçılara ətraflı məlumat vermişdir. Vergi sahəsində ekspert Abdullayev Abdulla vergi məcəlləsinə edilmiş dəyişikliklər mövzusunda çıxışında iştirakçıları bu istiqamətdə praktiki məlumatlandırmışdır. Görüşdə iştirak edən region üzrə ərazi vergilər idarəsinin əməkdaşı Daşqın Orucov vergi ödəyicilərinin yeni dəyişikliklərdən sonra üzləşdikləri problemlər barədə məlumat vermiş və dinləyicilərin suallarını cavablandırmışdır. Görüş qarışıqlı müzakirələr formatında davam etmişdir.

Qeyd edək ki, layihə çərçivəsində belə görüşlər daha əvvəl Biləsuvar, Zərdab və Quba rayonunda keçirilmişdir. Görüşlərin nəticəsi olaraq yerlərdən səsləndirilən fikrlər təklif formasında hazırlanaraq aiddiyyəti qurumlara təqdim ediləcəkdir.




RƏYLƏR