Loqosda “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərə start verilib

OXUNUB: 931 QHT
"Loqos” un Azadlıq filialında Loqos və "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi  tərəfindən "Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlərə start verilib.
Təlimlər "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin icraçı direktoru Leyla Kərimova tərəfindən aparılır.
Keçirilən ilk təlimdə iştirakçılara layihələrin yazılması qaydaları haqqında geniş məlumat verilib. O cümlədən, iştirakçılar qruplara bölünərək onlara praktik tapşırıqlar verilibdir. 
17 fevral tarixində təlimin ikinci hissəsində qrupların təqdimatı olacaq və təlimin ikinci hissəsi keçiriləcəkdir.
Təlimin sonunda iştirakçılar test edilərək, onlara sertifikatlar veriləcək. 
Məlumat üçün bildirək ki, Loqosda başlanan bu təlimlər davamlı olacaqdır. 
 
İcmal.Az

RƏYLƏR