Loqosda növbəti dəfə “Layihələrin yazılması və idarə edilməsi” adlı təlimlər keçirilib

OXUNUB: 1014 QHT

"Loqos” un Azadlıq filialında Loqos və "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi tərəfindən "Layihələrin yazılması və idarə edilməsi” adlı növbəti təlimlər keçirilib. Təlimlər "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin icraçı direktoru Leyla Kərimova tərəfindən aparılıb.

Keçiriləntəlimdə iştirakçılara layihələrin yazılması qaydaları haqqında geniş məlumat verilib. O cümlədən, iştirakçılar qruplara bölünərək onlara praktik tapşırıqlar verilib.

21 aprel tarixində təlimin ikinci hissəsində qrupların təqdimatı olacaq və təlimin ikinci hissəsi keçiriləcək.

Təlimin sonunda iştirakçılar test edilərək, onlara sertifikatlar veriləcək.

Məlumat üçün bildirək ki, Loqosda başlanan bu təlimlər 2018-ci ilin sonuna qədər davam edəcək.

RƏYLƏR