Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə ixtisaslaşma seçimi başlanıb.
3017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarının boş qalan yerlərinə qəbul 9 aprel və 4 iyun 2017-ci il tarixlərində keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır.
Cari ildə ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub qeydiyyatdan keçən bakalavrların boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 2017-ci il 08 avqust saat 10:00-dan 14 avqust saat 23:59-dək DİM-in internet saytının müvafiq səhifəsinə (eservices.dim.gov.az/erizemag/ixtisas2) daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə qeyd edib təsdiqləməlidirlər.
İcmal.Az