"Magnit" mağazasında qəribə ştat var... Bunu gizləmirlər də...

OXUNUB: 7041 MARAQLI index-manşet
Şikayətçinin sözlərinə görə, "Magnit" mağazasına olan kreditin 50 manat ödənişi bəzi səbəblərdən bir neçə gün geçikib. 
"Mağazanın kredit şöbəsindən gələn zəngə cavabım o oldu ki, faizi nə qədərdir, yazılsın, ayın 1-ci tarixindən faizi ilə ödəyəcəm. Bunun qarşılığında "Magnit"in zəng edən əməkdaşı tənqid, hətta təhqirə başladı. Kredit oğlumun adınadır. Oğlumun adını çəkərək, "bu adamın yiyəsi yoxdur ki, gəlib krediti ödəmir" kimi sözlər dedi. Bu zənglər gün ərzində bir neçə dəfə təkrar olundu. Hər dəfə də xanımın acı ifadələrinə məruz qaldım. "Xanım, faizi nə qədərdir, yazılsın, onsuz da ödəyəcəyik, niyə bu qədər zəng edirsiz" dedikdə isə, telefondaki "Magnit" əməkdaşı "Mən sizin əsəbinizi pozmaqla məşğulam" da", - deyə cavab verdi. 
Haqlı olduğumuzu demirəm, təbii ki, gecikməyə görə zəng edib maraqlana bilərlər. Ancaq müştəri ilə bu tərzdə danışmaq nə dərəcədə doğrudur?!"

Məsələni araşdırmaq və qarşı tərəfin də mövqeyini öyrənmək üçün "Magnit" mağazası ilə əlaqə saxladıq. Satış departamentdən bizə verilən cavabda, "bunu sübut etməlidirlər, bəlkə yalan deyirlər" deyildi. Onlara bu hadisənin canlı şahidi olduğumuzu və araşdırma məsələsinə elə onların baxmalı, səsyazılarını yoxlamalı olduqlarını dedikdə isə bizi mağazanın problemli məsələlər üzrə şöbəsinə yönləndirdilər.  Lakin verilən nömrədən çoxsaylı zənglərimizə cavab verən olmadı. /qaynarinfo.az


RƏYLƏR