Mahmudovun adamı, icra başçısının qudası təhsildə “at oynadır”

OXUNUB: 351 Seçilmiş Önəmli Özəl

Göyçay sakinlərindən ŞİKAYƏT



Göyçay rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovla bağlı redaksiyamıza şikayət daxil olub. Rayonun bir qrup sakini tərəfindən ünvanlanan şikayətdə bildirilir ki, şöbə müdiri özünün işçisi Rüstəm Talıbovla əlbir olub korrupsiya şəbəkəsi yaradıb: "Göyçay rayonunda 57 məktəb var ki, onun da 39-u 11 illik tam orta məktəb, 14-ü 9 illik tam orta məktəb, 4-ü isə ibtidaidir. Bu il dərslər başlamağa az müddət qalmış Göyçay Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovla oranın inspektoru Rüstəm Talıbov əlbir olub 11 illik olan 39 tam orta məktəbin direktorunun hər birindən 3000 manat pul alıblar. Guya Təhsil Nazirliyindən əmr gəlib ki, Göyçay rayonunda 11-illik məktəb 6 sayda olacaq, qalanları isə 9 illik ediləcək. Hər bir məktəb direktorunu ayrı-ayrılıqda çağırıb deyiblər ki, istəyirsənsə sənin məktəbin 11 illik qalsın Təhsil Nazirliyinə verilməsi üçün 3000 manat gətirməlisən. Məktəb direktorları isə bu pulları müəllimlərdən alıblar ki, pul verilməsə mktəbimiz 9 illik ediləcək və dərs saatlarınız azalacaq. Bu rəqəm ümumilikdə 117 min manat edir ki, korrupsioner cütlük bir qurama planla bu talançılıq siyasətlərini həyata keçirə biliblər”.
Şikayətçilər qeyd edirlər ki, E.İsmayılovla işçisi R.Talıbov əlbir olub müəllimlərə biri 5 manata sinif rəhbərinin gündəliyini satıblar: "Göyçay rayonunda 900 sinif var. Bu da 900 sinif rəhbəri deməkdir. 
Bundan başqa bu cütlük Göyçay rayon məktəblərində hər bir müəllimə 1 manat 50 qəpiyə "müəllimin gündəlik dərs planı”, 2 manat 50 qəpiyə isə "müəllimin illik proqramı” kitabını satıblar. Göyçayda 2500-dən çox müəllim məktəblərdə dərs deyir. Hesablayanda bu pul küllü miqdrada edir. Halbuki müəllimlərin bu kitabları almağa ehtiyacı yoxdur. Çünki orta məktəblərdə dərslər kurikulum üsulu ilə keçirildiyindən bütün fənnlər üzrə illik proqramı əhatə edən müəllimin metodik vəsaiti Təhsil Nazirliyi tərəfindən tərtib edilib göndərilir”.
Təhsil Şöbə müdiri haqda şikayət bununla bitmir. Məktubda daha sonra qeyd edilir ki, siniflərdə şagird azlığı bəhanəsi ilə bu il Göyçayda 57 məktəbdə təxminən 30-a yaxın sinif bağlanıb: "Halbu ki, bağlanan siniflərin bir-neçəsində 31-34 nəfərdən çox şagir olub ki, təhsil qanununa əsasən bir sinifdə 30 dan artıq şagird olarsa "A” və "B” üzrə iki sinifə bölünməlidir. Hətta Göyçay məktəblərində bir sinifdə 31-34 şagirdin olmasına baxmayaraq, əlavə siniflər açmırlar. Bunun üçün də yaranan sıxlığa görə bir partada 3 şagird əyləşir. Göyçayda 3 ildir ki, bir neçə məktəbin direktoru hələ təyin edilməyib.Əsas da gətirilir ki, məktəbə direktor təyin olunmaq üçün imtahan verən müəllimlər kəsilirlər. Bu da Göyçay rayon təhsilinin hansı səviyyədə olmasını göstərir”.

Qeyd edilənlərin şöbə müdiri və işçisinin birgə törətdiyi əməllərin cüzi hissəsi olduğunu bildirən sakinlər daha maraqlı bir məsələni də diqqətə çatdırırlar: "Rüstəm Talıbov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun sağ əli Mövlan Şıxəliyevin yaxın qohumu və Sabirabad rayon icra başçsı Nazim İsmayılovun qudasıdır. Bu arxalı təhsil işçisi onların himayəsi altında uzun illərdir ki, belə cinayət əməlləri ilə məşğul olur və bir ildir ki, Göyçay Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin olunmuş Elnur İsmayılovu da bu cinayətə şərik edib.
Bu gün Göyçay təhsilinin bərbad gündə olmasının iki əsas səbəbkarı Elnur İsmayılov və Rüstəm Talıbovun bu korrupsiya əməlləri ciddi araşdırılıb onların şagird və müəllimlərin gözü qarşısında qandallanaraq həbs edilmələrinə zərurət var. Çünki təhsili məhv etmək milləti yox etməyə bərabər bir cinayətdir. Onların təhsilə vurduqları ziyan soyqırıma bərabərdir.
Biz Prezident cənab İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan və Təhsil Naziri cənab Mikayıl Cabbarovdan xahiş edirik öz maddi, şəxsi maraqlarına görə Göyçay təhsilini bərbad günə qoyan Elnur İsmayılov və Rüstəm Talıbov cütlüyünün cinayət əmələrini araşdırıb təcili tədbirlər görülməsinə göstəriş verəsiniz”.

Müraciəti aşağıda adları çəkilən Göyçay rayon sakinləri ünvanlayıb:

1.Quliyeva Cəmilə Oruc qızı 
2.Nəsirova Nigar Tahir qızı
3.Abbasova Məsumə Kərim qızı
4 Babayeva Fatma Mikayıl qızı
5 Əliyev Gündüz Səmid oğlu
6.Kərimov Aftandil Qəfər oğlu
7.Hüseynov Yaşar Məhəmməd oğlu

Qarşı tərəfin mövqeyini verməyə hazırıq. /afn.az
 
İcmalAz

RƏYLƏR