Gundeminfo.az yazır ki, bu barədə "Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova edilən müraciətdən bildirilir.
Bakı Şəhəri, Nərimanov rayonu, F. Yusifov,küç,ev190,m54 ünvanında yaşıyan Gözdən 1-ci qrup əlil olan Əhmədov Pərviz Ömər oğlu tərəfində
- 13.08.2018-ci il tarixində Qara Qarayev prospekti 74 ünvanında yerləşən "Maxi.az” mağazasında 129 AZN dəyərində "Nokia 230” markalı telefonu qızım Əhmədova Nərgiz mənə hədiyyə almışdır. Mən 1-ci qrup gözdən əliləm. Lakin qızım telefonun gözdən əlil üçün aldığını bildirsə də , bu telefona gözdən əlillər üçün lazım olan səsli proqram yazmaq mümkün olmadığını satıcı ona bildirməmişdir. Telefonu aldıqdan sonra səsli proqram yazan və əlillərə xidmət edən şəxsə təlefonla zəng edib telefonun markasınıl bildirdim ,cavab aldım ki bu markalı telefona səsli proqram yazmaq mümkün deyildir.Bu səbədən telefonu qetiyyən işlətmədən 14.08.2018-ci il tarixində mağazaya müraciət etdim ki, telefonu dəyişsinlər və mənə lazım olan proqramı dəstəkləyən telefon versinlər. Onlar bildirdilər ki bizdə belə telefon mövcud deyil. Mən isə bu zaman telefonun geri qaytarılmasını və ödədiyim pulun mənə ödənməsini istədim. Onlar isə telefonu geri götürməkdən imtina etdilər. Mən isə mağazada "Maxi.az”-ın qaynar xətti olan *0900 nömrəsinə zəng etdim , bildirdilər ki, sizə köməklik göstərəciyik və məni servisə getməyimi və təmizlik aktı almağımı məsləhət gördülər. 15.08.2018-ci il tarixində mən servisə gettim, servisdən satışa yararlı aktını aldım və mağazaya geri qayıtdım. Mağazada məni yaxşı qarşılamadılar və mənə yeni bəhanə çıxardılar ki , ekranı cızmışam. Halbu ki, mən telefonu heç əl vurmadığımı və mağazanın servisindən də satışa yararlı olmağının aktını aldığımı qeyd etsəmdə telefonu qaytarmadılar və mənə " Get hara istəyirsən şikayət edin” dedilər. Mən telefonu,sənədləri və aktı dükanda qoydum , polisə gettim , dükanda polisidə qəbul etmədilər.
Yazıb sizdən xahiş edirəm ki, mənim istehlakçı hüquqlarımın qorunmasında köməklik göstərəsiniz, aldığım telefon geri qaytarılsın, ödədiyim 129 AZN mənə geri ödənsin, bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verilsin.
İmza Əhmədov Pərviz
Tarix 17.08.2018