Yoxsulluğun aşağı səviyyəsi üzrə Azərbaycan MDB ölkələri arasında liderlər sırasındadır.
İcmal.Az xəbər verir ki, bununla bağlı "MDB regionunda davamlı inkişaf göstəricilərinin monitorinqi” statistika komitəsinin hesabatında məlumat verilib.
Yoxsulluğun ən yuxarı səviyyəsi Tacikistanda qeydə alınıb. Burada əhalinin 30 faizi yoxsulluq şəraitində yaşayır.
Ermənistanda bu rəqəm 29.9%, Qırğızıstanda 25.4%, Azərbaycanda 5,9%, Belarusda 5,7%, Ukraynada 3,8% və Qazaxıstanda 2,6%-ə bərabərdir.
İcmal.Az