Mehriban Əliyeva: Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib

OXUNUB: 64 index-manşet SİYASƏT
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir.

Bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram” səhifəsindəki paylaşımda yer alıb.

Qeyd olunub ki, müasir Azərbaycan tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük:

"Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır”.

İcmal.Az

RƏYLƏR