Meksikanın paytaxtı Mexikoda zəlzələ zamanı məktəb binasının uçması nəticəsində 22 uşaq və 2 böyük insan dünyasını dəyişib.
İcmal.Az Report-a istinadla xəbər verir ki, bu barədə yerli "Noticieros Television” telekanalı məlumat yayıb.
"Colegio Rebsamen”in uçması nəticəsində 22 uşaq və 2 böyük dünyasını dəyişib”, - deyə telekanalın "Twitter” səhifəsində məlumat verilib.
Çərşənbə axşamı baş verən zəlzələnin gücü 7,1 maqnituda olub.
İcmal.Az