"Mənə dərman verdi, sonra zorladı" - FOTO

OXUNUB: 831 MARAQLI DÜNYA

Dünyanın ən məşhur illüzionistlərindən biri, britaniyalı Devid Bleyn təcavüzdə suçlanıb.

Model Nataşa Proinsin dediyinə görə, 44 yaşlı illüzonist onu zorlayıb.

 N.Prinsin sözlərinə görə, olay 2004-cü ilin yayında Londonun Çelsi səmtndəki evdə yaşanıb.

Skotlend-Yard illüzionisti istintaqa çağırıb. Devid Bleynin vəkili Marti Sinqer isə iddiaların yalan olduğunu deyib: "Müştərim hansısa qadını tovladığını və ya ona təcavüz etdiyini qətiyyətlə rədd edir. Onun gizli saxlanılası bir əməli olmadığından istintaqla əməkdaşlıq etməyə hazırdır".

The Daily Beast-ə açıqlama verən Nataşa Prinsin sözlərinə görə, Devid Bleyn narkomandır: "O, mənə xüsusi amansızlıqla təcavüz etdi. Onunla Londonun Naytsbric səmtindəki "Wellington" gecə klubunda tanış oldum. Daha doğrusu, o mənimlə tanış oldu. Sonra onun evinə getdik. Ertəsi gün axşam zəng vurdu, evinə çağırdı. Məni sevdiyini dedi. Orada, evində mənə çayın içində yuxu dərmanı verdi və mən huşsuz vəziyyətdə olanda təcavüzə məruz qaldım".

 

Modelin sözlərinə görə, dərman verildiyindən başına gələnləri xatırlamır.

"Ertəsi gün fotosessiyam vardı. Özümü çox pis hiss edirdim. Həkimə yollandım. Dedilər ki, təcavüz olunmuşam. Sonra həftələr, aylar keçdi. Utandığımdan kimsəyə bir söz demədim. Amma artıq model ola bilməzdim. Elə bilirdim başıma gələnlərdən hamı xəbərdardır, hamı məni fahişə sanır. Karyerama son qoydum. Depressiydan qurtulmaq üçün neçə müalicələrdən keçdim. Məqsədim Bleyni həbs etdirmək deyil, yox. Sadəcə, o adam bilsin ki, hər şeyi xatırladım, heç nəyi unutmamışam. Murdar əməl etdiyini anlasın", - Nataşa Prins deyib.

18 yaşında model karyerasına başlayan Nataşa Prins 24 yaşına çatanda karyerasına qəflətən son qoymuşdu./milli

 

İcmal.Az

RƏYLƏR