Mingəçevir sakini “Baku Electronics”dən şikayətçidi

OXUNUB: 816 GÜNDƏM İQTİSADİYYAT
Mingəçevir sakini Maral Qurbanova "Baku Electronics” mağazalar şəbəkəsinin Mingəçevir filialından 722 manata aldığı televizorda problem yarandığını, zəmanəti olmasına baxmayaraq mağaza tərəfindən köməklik göstərilmədiyini iddia edir.
Məsələ ilə bağlı Yeniavaz.com-a danışan M.Qurbanova mağazaya müraciət etdiyini lakin onun müracitinə məhəl qoyulmadığını iddia edərək deyib: "Televizoru alanda bizə 1 illik zəmanət sənədləri də təqdim olundu. Problem yarandıqadan sonra yenidən mağazaya müraciət etdim. Mağazadan servisə müraciət etməli olduğumuzu dedilər. Servisdən bizə bildirdilər ki, televizora mexaniki udar dəyib. 600 manat pul ödəyib ekranı dəyişə bilərsiniz. Televizorun kreditini ödəməmişəm hələ üstəlik də pul ödəyib ekran dəyişməliyəm? Şəhər məhkəməsinə də müraciət etmişəm. Ancaq qarşı tərəf məhkəməyə gəlmədiyindən heç bir nəticə əldə etmək olmur”.
Məsələ ilə bağlı "Baku Electronics” mağazalar şəbəkəsinin həm Mingəçevir filialı, həm də baş ofisi ilə əlaqə saxlamağa çalışsaq da biə cavab verən olmadı.
 
 
 
İcmal.Az

RƏYLƏR