Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yeni Baş həkim təyin olunub.
Mingəçevir şəhər Mərkəzi Xəstəxanası Publik Hüquq Şəxsin vakant olan Baş həkim vəzifəsinə yeni təyinat verilib.
Əmrə əsasən bu vəzifəyə xəstəxananın reanimasiya şöbəsinin reanimatoloq həkimi Ülfət Qurbanov təyin olunub.
Qeyd edək ki, Ülfət Qurbanov bu vəzifədə bir nüddət öncə işindən azad olunmuş Baş həkim Eldar Kərimovu əvəz edib.
Qarşıdakı bir neçə gün ərzində yeni Baş həkim kollektivə təqdim olunacaq.
7News.Az