Mingəçevirdə mənzildə 71 yaşlı kişi meyiti tapılıb.
İcmal.Az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürən-xilasediciləri mənzilin qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Babayev Qabil Ətixanpaşa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
İcmal.Az