Novruz bayramı təbiətin canlanmasının, torpağın oyanmasının, ruhun təzələnməsinin rəmzidir. Xalqımızın əsrlərin sınağından çıxmış mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan ən gözəl , təmtəraqlı bayramıdır.
Novruzun gəlişi baharın gəlişidir. Novruz bayramına təbiət də, insanlar da günlərlə, həftələrlə hazırlaşır. Novruz bayramı kimi,ondan əvvəlki dörd çərşənbəyə də xalqımız böyük əhəmiyyət verir, təmtəraqla keçirilir.
Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə- Su çərşənbəsi fevralın 23-ə təsadüf edir.
Şəhərdə Su-kanalizasiya xətti yenilənərkən yeni suvarma xəttinin çəkilişindən sonra köhnə şəbəkə ləğv olunmuş, yeni şəbəkə yaranmamışdır. Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə ictimai yaşıllıqların, şəhərin küçə və parklarındakı yaşıllıqların suvarılması üçün suvarma şəbəkəsinin çəkilişinə başlanmışdır.
Bugün xoş bir təsadüflə su xəttinin çəkilişinin başlanması Novruz bayramının atributlarından olan Su Çərşənbəsi ilə eyni vaxta düşür.
Bu münasibətlə bütün mingəçevirliləri təbrik edir, uğurlu illər diləyirik.
Ana səhifə
/
SOSİAL / Mingəçevirin küçə və parklarının yaşıllıqları qorunacaq - SUVARMA ŞƏBƏKƏSİ ÇƏKİLİR
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
18.05.2024, 14:26 / Özəl, SOSİAL -
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir
18.05.2024, 13:57 / Özəl, SOSİAL -
-
"City Garden Narimanov"da alternativ enerjidən istifadə ediləcək" - Mahayət Nəbiyev
17.05.2024, 18:27 / Özəl, SOSİAL, İQTİSADİYYAT -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
17.05.2024, 17:01 / Özəl, SOSİAL -
Naxçıvan “ASAN xidmət”ə 1 il ərzində 422 mindən çox müraciət
17.05.2024, 10:48 / Özəl, SOSİAL -
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olinacaq - Türk Dünyası Sammiti başlayır
17.05.2024, 10:45 / GÜNDƏM, Özəl, SOSİAL