Misli görünməmiş FIRILDAQ: Qadın kişini 9-cu mərtəbə çıxardıb... - VİDEO

OXUNUB: 826 MARAQLI
Redaksiyamıza Arzu Qaracayeva müraciət edərək bildirib ki, özünü alıcı kimi təqdim edən bir dələduz xanım tərəfindən aldanılıb. 
 

"30-35 yaşlarında olan xanım özünü alıcı kimi təqdim edərək özünün iyrənc planını həyata keçirib. O bir neçə libası geyinərək alacağınə dedi. Belə ki, 40 manat dəyərində paltar götürərək üzərində pulunun olmadığını söyləyib. Xahiş etdi ki, bir nəfəri onunla birgə göndərim ki, pulu ödəsin. Mən də inanıb qonşu mağazadakı satıcını onunla göndərdim. O, oğlanı aldadaraq bildirib ki, əri onları bir yerdə görsə əsəbiləşəcək. Buna görə də oğlandan liftə minib onu 9-cu mərtəbədə gözləməsini xahiş edib. Bilidirib o, piyada gələcək. Oğlan qadının sözünü yerə salmır liftə tək minir. Onu 9-cu mərtəbədə 15 dəqiqədən çox gözləyir. Qadının gəlmədiyini görən oğlan piyada düşür ki, bəlkə qadını görər. Sonra aydın olur ki, qadın onu liftə mindirərək hadisə yerindən qaçıb. Xahiş edirəm bu şəkildəki xanımı görən 35-ci polis bölməsinə müraciət etsin”./big 



İcmal.Az

RƏYLƏR