“Muğanbank Çek” sahiblərinin nəzərinə

OXUNUB: 567 İQTİSADİYYAT BANK
Bugünədək "Muğanbank Çek” ilə 350 min AZN-dən çox uduş əldə olunub.
 
Bank məhsul çeşidlərini bazar tələblərinə uyğun optimallaşdırır.
 "Muğanbank” ASC-nin Müşahidə Şurasının iclası keçirilmişdir. İclas zamanı bankın strateji hədəflərinə uyğun biznes istiqamətləri və məhsul siyasəti müzakirə olunmuşdur. 
Eyni zamanda bankın təqdim etdiyi rəqabətli bank məhsulları fonunda, "Muğanbank Çek” məhsuluna marağın azalması, eləcə də məhsulun səmərəli olmadığı nəzərə alınaraq, onun satışının və uduş tirajlarının dayandırılması qərara alınmışdır.
Belə ki, sonuncu uduş tirajı 28.01.2022-ci il tarixdə keçirilən "Muğanbank Çek” məhsulunun satışının 11.02.2022-ci il tarixdən etibarən dayandırılması, bundan sonra növbəti uduş tirajlarının keçirilməməsi, nominal dəyəri sahiblərinə ödənilməklə, müştərilər tərəfindən sərbəst şəkildə bankın baş ofisinə, eləcə də filial və şöbələrinə təhvil verilməklə dövriyyədən çıxarılmasının təmin edilməsi barədə qərar qəbul edilmişdir. 
"Muğanbank Çek”-in ilk tiraji 15.03.2016-ci il tarixdə, sonuncu tirajı isə 28.01.2022-ci il tarixdə keçirilərək ümumi olaraq 379 min 450 AZN uduş məbləği çek sahiblərinə Bank tərəfindən ödənilmişdir.

RƏYLƏR