“Muğanbank”ın xalis mənfəəti 2 dəfədən çox artıb

OXUNUB: 152 İQTİSADİYYAT BANK

"Muğanbank” ASC 2021-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

 "Muğanbank” 2021-ci ili1 milyon 552 min manat xalis mənfəətiləbaşa vurub. Bank 2020-ci ili 707 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Muğanbank”ın xalis mənfəəti 2020-ci illə müqayisədə2021-ci ildə2,1 dəfə və ya 845 min manat artıb. Xalis mənfəətin artmasının səbəbi gəlirlərin artmasıdır.

2021-ci ildə "Muğanbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 62 milyon 713 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 36,7% (və ya 16 milyon 855 min manat) çoxdur. 2020-ci ildə "Muğanbank”ın cəmi əməliyyat gəlirləri 45 miylon 858 min manat təşkil etmişdi.

2021-ci ildə "Muğanbank”ın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 61 milyon 221 min manat təşkil edib ki, bu da 2020-ci il ilə müqayisədə 30,4% (və ya 14 milyon 635 min manat) çoxdur. 2020-ci ildə "Muğanbank”ın cəmi əməliyyat xərcləri 48 milyon 78 min manat təşkil etmişdi.

Ötən il Bankın gəlirləri xərclərini üstələdiyindən 1 milyon 492 min manat əməliyyat mənfəəti yaranıb. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 60 min manat hesabına mənfəət 1milyon 552 min manata yüksəlib. Qeyd edək ki, 2020-ci ildə "Muğanbank”ın xərcləri gəlirlərini üstələdiyindən 2 milyon 220 min manat əməliyyat zərəri yaranmışdı. Mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş 2 milyon 927 min manatın hesabına həm əməliyyat zərəri bağlanmış, həm də Bankın 707 min manat xalis mənfəəti formalaşmışdı.Beləliklə, "Muğanbank”ın yenidən əməliyyat mənfəəti təmin etməsi ötən ilin əsas uğurlarından biri kimi qeyd oluna bilər.

Ötən il "Muğanbank”ın faiz gəlirləri 595 min manat artaraq 28 milyon 297 min manat, qeyri-faiz gəlirləri isə 16 milyon 259 min manat artaraq 34 milyon 416 min manat təşkil edib.

Ötən il "Muğanbank”ın faiz xərcləri 8 milyon 324 min manat artaraq 28 milyon 106 min manat, qeyri-faiz xərcləri isə 4 milyon 819 min manat artaraq 33 milyon 114 min manat təşkil edib.

Cəmi əməliyyat gəlirlərinin 16 milyon 854 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri 13 milyon 143 min manat artıb. Gəlirlərin xərclərdən daha çox artması "Muğanbank”ın əməliyyat mənfəətinə çıxmasına səbəb olub.

BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

"Muğanbank”ın cəmi aktivləri 2020-ci illə müqayisədə 2021-ci ildə 19,9 % və ya 117 milyon 546 min manat artaraq 708 milyon 452 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 590 milyon 906 min manat cəmi aktivlərə malik idi.

"Muğanbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 19,4% və ya65 milyon 115 min manat artaraq 401 milyon 61 min manata yüksəlib. 2020-ci ilin sonunda Bankın kredit portfeli 335 milyon 946 min manata çatmışdı.

"Muğanbank”ın depozit portfeli2020-ci illə müqayisədə 2021-ci ildə 42,4% və ya 118 milyon 170min manat artaraq 396 milyon 851 min manat təşkil edib. Bank 2020-ci ilin sonunda 278 milyon 681 manat cəmi depozitlərə malik idi.

MƏCMU KAPİTALI 100 MİLYON MANATI AŞIB

31 dekabr 2021-ci il tarixində"Muğanbank”101 milyon 866 min manat məcmu kapitalamalik olub. Bank 31 dekabr 2020-ci il tarixində 91 milyon 697 min manat məcmu kapitala malik idi.

RƏYLƏR