Azərbaycanın müvafiq qrumları tərəfindən valideynləri İŞİD-ə qatılan və hazırda İraqda qalan uşaqların ölkəyə gətirilməsi istiqamətində işlər aparılır.
İcmal.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, komitədə bununla bağlı məlumat var: "Ancaq bu məsələ ilə başqa dövlət qurumları məşğul olur. Əminəm ki, məsələ tezliklə öz həllini tapacaq”
İcmal.Az.