Müəllimlərin işə qəbulu üzrə müsahibə zamanı saxta diplomlar aşkarlandı

OXUNUB: 733 SOSİAL

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində saxta diplomlar aşkarlanıb.

Təhsil Nazirliyindən İcmal.Az-a verilən xəbərə görə, artıq 11 namizədin diplomunun saxta olduğu üzə çıxıb.

Nazirlikdən bildirilib ki, müsahibə mərhələsi bu həftə yekunlaşır. Müsahibənin nəticələri növbəti həftənin əvvəli hər bir müəllimin şəxsi səhifəsində yerləşdiriləcək.

 

İcmal.Az

RƏYLƏR