“Nazir deyib ki, hər adamı qəbula yazmayın...” - Qalmaqal

OXUNUB: 37 Özəl HADİSƏ

"Dünən Təhsil Nazirliyində rastlaşdığım hadisə ilə bağlı status paylaşmışdım və statusdan əlavə nazirliyə bu məsələ ilə bağlı aşağıdakı elektron müraciət mətnini göndərmişdim”.

"Yeni Sabah” xəbər verir ki, bunu keçmiş baş nazir Pənah Hüseyn deyib. O, bildirb ki, 20.08.19. tarixdə, qəbula yazılış otağında Elçin Qasımov ad- soyadlı əməkdaş onu Təhsil Nazirliyinin hər hansı vəzifəli şəxsinin, hər hansı tarixə qəbuluna yazmaqdan imtina edib. O, hesab edir ki, bununla müraciət hüququ pozulub: "Müraciət hüququmun bərpası və Elçin Qasımovun mənə münasibətdə yol verdiyi hərəkətin səbəblərin araşdırıb tədbir görmənizi və nəticəsi barədə mənə yazılı cavab vermənizi xahiş edirəm”. 

P. Hüseynə isə aşağıdakı kimi cavab gəlib: ""Hörmətli vətəndaş,

Sizə 20.08.2019-ci il tarixində Təhsil Nazirliyinin Vətəndaşların Qəbul Mərkəzində müəllimlərin işə qəbul qaydaları izah olunub.

Nazirliyin səlahiyyətli şəxslərin qəbuluna vətəndaş şəxsən özü yazılmalıdır”.

Nazirliyin cavabını paylaşan P. Hüseyin izləyicilərinə xitab edib: "Siz bir şey başa düşdünüzmü?

Cavabdan da görünür ki, mən Təhsil Nazirliyinin Vətəndaşların Qəbul Mərkəzində şəxsən olmuşam və qəbula da şəxsən yazılmaq istəmişəm. Mənim statusumda TN haqında dediklərim təsdiqlənirmi? Qalır məhkəməyə müraciət etmək”.

Baş verən olay haqda isə P. Hüseyn bir gün əvvəl xəbər paylaşıb. Bildirib ki, 20.08. 2019- cu il tarixdə, saat 11 radələrində həyatımda ilk dəfə olaraq Təhsil Nazirliyinin qəbula yazılma şöbəsində olub. Qəbula yazılmaq istəyən qadın ailə üzvlərindən birini müşayət edib. "Və gəlmişkən, özüm də, təhsillə bağlı problemlər haqqında nazirliyin rəhbər işçilərindən - mümkün olsa nazirin və ya nazir müavinlərindən birinə məni narahat edib düşündürən problemlər barədə danışmaq üçün qəbula yazılmaq qərarına gəldim. ..

Və elektron növbə məni 1-ci masada əyləşən Elçin Qasımov adlı əməkdaşa yönləndirdi. Nə məlum oldu?! Əvvala nazirin qəbulunda düşməkdən ümumiyyətlə söhbət gedə bilməz. Nazirin məlum olmayan cədvəllə rayonlarda qəbul günləri var və orda gedib, yaxud qaynar xətlə yazılmaq lazımdır. Bu bir neçə il də çəkə bilər. Nazir müavinləri isə hər qəbulda 23 vətəndaş qəbul etdiklərinə görə bu il üçün ümumiyyətlə qəbul yerləri dolub. Qəbula gələn il başladıqdan sonra yazılmaq olar.

Mənimlə gələn ailə üzvüm kadr şöbə müdirinin qəbuluna yalnız 14 oktyabra yazıla bildi ki, bu da əslində onun müraciətini mənasızlaşdırdı.

Ən maraqlısı isə (və acınacaqlısı) mənim qəbul müraciətimə cavab oldu. Nə üçün qəbulda olmaq istəyirsiniz sualına cavab verdim ki, təhsil problemləri barədə təklif- müraciətim var.

Son illərdə ölkədə təhsilin bərbad olub getməsi və bunun da təhsilə rəhbərliyin (olduqca spesefik sahə olan və bu səbəbdən xüsusi yanaşma tələb edən təhsilin!) təhsillə heç bir əlaqəsi olmayan adamlara tapşırılması ilə bağlı olması fikriləri ilə opponentlik edən, bu cür idarəçilik ekspermentinin alınmasını istəyən azsaylı şəxslərdən biri olaraq, tənqudçilərin, idarəetmədə mühafizəkar metod və forma tərəfdarlarının mövqelərinin möhkəmlənməsini, sıralarının genişlənməsini, dəlillərininin getdikcə daha çox adamı inandırdığını təəssüflə müşahidə edirəm...

...Elçin Qasımov ad, soyadlı cavan əməkdaş saymazyana şəkildə, heç bir ağlabatan görünən dəlil göstərmədən, nazir deyib ki, hər adamı qəbula yazmayın sözlərini təkrarlayaraq məni nazirin, nazir müavinlərinin yox ümumiyyətlə hər hansı vəzifəli şəxsin qəbuluna yazmaqdan imtina etdi. 

Mən Konstitusiyanın 57- ci maddəsinin "vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək hüququ vardır. "Vətəndaşların müraciətləri haqqında" AR Qanunu şəxsən müraciət etmək anlayışının məzmununu qəbulda olmaq kimi nəzərdə tutur, həmin qanunun "Vətəndaşların qəbul edilməsi qaydası" na dair 11- ci maddəsinə görə "Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər", təklif dedikdə "qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciətlər" nəzərdə tutulur və buna əsasən hər bir vətəndaşın bu təşəbbüsdə olma hüququ vardır və s.

Bu kimi müddəalardan bəhs, izah etmə cəhdlərimə cavan təhsil nazirinin cavan əməkdaşı dövlət qulluqçusu etikası bir tərəfə təhsil - tərbiyə nazirliyinin texniki işçisinə belə yaraşmayan tərbiyəsizlik nümayiş etdirərək hara istəyirəm ora yolladı və mənim opponentlərimin xeyrinə xeyli xal və sıralarına bir nəfər də qazandırdı”. 

RƏYLƏR