Neftçala rayonunda intihar hadisəsi baş verib.
Hadisə gecə saatlarında, rayonun Aşağı Surra kəndində qeydə alınıb. Kənd sakini, 80 yaşlı İbrahim Əliheydər oğlu Rəhimov yaşadığı evdə özünü asıb. Hüquq-mühafizə orqanları hadisə yerinə cəlb olunub.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır./report
İcmal.Az