“Pandemiya dövründə aztəminatlı ailələrə yardımların təşkili” layihəsi həyata keçirilir

OXUNUB: 726 QHT

Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Pandemiya dövründə aztəminatlı ailələrə yardımların təşkili” layihəsini həyata keçirib.

Bütün dünyanı lərzəyə salan, dünya iqtisadiyyatını çökdürən, insanların kütləvi ölümünə səbəb olan, insanların ağ ciyərlərini tamamilə sıradan çıxaran Koronavirus bizim də iqtisadiyyatdan yan keçməyib. Xəstəlik səbəbindən bir çox iş yerləri fəaliyyətini dayandırıb, insanlar çıxılmaz vəziyyətə düşüblər. Hər gün minlərlə insan öldürücü virusa yoluxur, yüzlərlə xəstə həyatını itirir. Dünya iqtisadiyyatının əksər sahələri, xüsusilə turizm sektoru, beynəlxalq ticarət, yanacaq sənayesi, digər sahələr iflic vəziyyətinə düşməkdə, fond birjaları çökməkdədir. Təqribi hesablamalara görə, son 2.5 ay ərzində dünya iqtisadiyyatı 5 trilyon dollardan çox itkiyə məruz qalmışdır və bu itki günbəgün böyüyür. İnsanın inanmağı da gəlmir ki, bütün bunların səbəbkarı mikroskopik varlıqlardır. Həmin varlıqlar, onların növləri və təkamülü, törətdikləri kütləvi epidemiya və pandemiyalar bu gün çox ciddi problemlərə səbəb olur.

Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin xəstəxanaya aparılmasına ehtiyac yarana bilir.

Bu simptomların kimdəsə olması sizin koronavirusa tutulduğunuz anlamına gəlmir. Çünki, soyuqdəymə və qripin də simptomları belədir. İnsanlara özlərini qorumaq üçün maskadan, spirtdən və əlcəklərdən istifadə etməyi, gigiyenik qaydalara əməl etmək, öskürərkən ağzını əllə tutmaq, ictimai yerlərdə social məsafəni qorumaq əsas götürülür.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bunları nəzərə alaraq layihələrin əksəriyyətin imkansız, şəhid, yetim, qaçqın, işsizlərə yardım etmək üçün layihələrin bir çoxunu əhaliyə ərzaq yardımı göstərməyə ayırmışdır. Belə ki, bizim cəmiyyət bu sahədə əvvəldən də işlədiyinə görə "Araz”marketlə müqavilə bağladıq, 50, 30, 20 manatlıq kuponlar hazır etdik. Bir neçə gündür ki, 89 az təminatlı ailəyə bu kuponları payladıq. Əlavə spirt, əlcək, bint, maska və Koronavirusla bağlı bukleti kuponla birlikdə hər birinə hədiyyə etdik.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bu yardımlara görə təşəkkür edirik.





RƏYLƏR