İCMAL.az xəbər verir ki,Prezidentin, RabitəvəYüksək Texnologiyalar Nazirliyi yanındaDövlət Dəniz Agentliyi və Dövlət Mülki Aviasiya Agentliyinin yaradılması haqqında fərmanına əməl edilmir.
Belə bir iddia ilə çıxış edən mənbəmizin sözlərinə görə,
ləğv edilənDövlət Dəniz Administrasiyası vəDövlət Mülki Aviasiya
Administrasiyasında işçilərin əməkhaqları iki aydır ki, verilmir:
"Prezidentin fərmanında müvafiq qurumlara yeni yaradılanpublik hüquqi
şəxslərin nizamnamələrini vəstrukturlarınıstrukturunun və əsasnaməsinin
bir ay müddətində hazırlanaraq prezidentlə razılaşdırılmaqla təsdiq olunması
tapşırılıb. Fərman yanvarın 12-də verilib, amma hələ heç bir addım atılmayıb.
Bu laqeyidliyin və məsuliyətsizliyin zərbəsi isə sıravi işçilərə dəyib. Dövlət
Dəniz Administrasiyasının işçiləri arasında maddi durumu çətin olanlar bu
özbaşınalıqdan daha çox əziyyət çəkirlər. Çox ciddi problemlər yaranıb. Birləşdirməni
başa çatdırmırlar ki, büdcə açılsın və Maliyyə Nazirliyi vəsait ayırsın.Nəqliyyat,
RabitəvəYüksək Texnologiyalar Nazirliyi birləşmə üçün heç bir addım
atmır. Nazir Ramin Quluzadə bir dəfə administrasiyada olub vəssalam, ondan
sonra heç bir əməli fəaliyyət olmayıb”.
Həmsöhbətimiz onu da bildirdi ki, yeni struktur təsdiqlənmədiyi üçün qurumlarda
çalışanlar köhnə vəzifələrinin əməkhaqlarını alacaqlar.
İCMAL.az