“Bunlar ailəsindən bixəbər binamuslardır!” – Elşən Musayev “söyüş müxalifəti”nə od püskürdü!!!

OXUNUB: 146 Özəl SİYASƏT

"Osmanqızı TV”-nin təsisçisi Sevinc Kardaşyanova ilə "Azad söz” kanalının rəhbəri Tural Kardaşyanovun duetinə baxarkən adam gerçəkdən dəhşətə gəlir: İlahi, bunlar nə qədər düşükdürlər, qondarmadırlar, həyasızdırlar, rəzildirlər. Ulaşırlar, ulaşa bildikləri qədər. Hürurlər, hürə bildikləri qədər. Mırıldayırlar, mırıldaya bildikləri qədər.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Sevincin üzündə, simasında elə aqressiya, elə mərkəzdənqaçma, elə rabitəsizlik var ki, normal adam əsla və əsla belə görünə, belə davrana bilməz. Sevinc həqiqətən quduzlaşıb! Sevinc namussuzluğu iliklərinə qədər ötürüb. Sevinc - soyadını daşıdığı Kardaşyanın bütün ölənlərinə rəhmət oxutduracaq qədər tərbiyəsizləşib. Sevinc üzsüzləşib, "podoşva”laşıb, sümsükləşib!

"Papaqlı” qardaşı Tural isə bacısının əks cins variantıdır. (Kişi variantı demirəm, çünki onu kişi adlandırsam, bəşəriyyətdə mövcud olan bütün kişiləri təhqir etmiş olaram) Tural – ailəsindən bixəbər binamusdur. Tural – Cəmil Həsənlinin, Əli Kərimlinin "pro” variantıdır. Tural – xüsusi xidmət orqanlarının "əl meymunu”dur, FETÖ-nün bic övladıdır. Tural – tərbiyəsini küçədən, qanacağını meşədən, əxlaqını isə yenə də bacısı kimi soyadını daşıdığı Kardaşyandan əxz edən pozğundur!

Sizin əli qandallı gələcəyiniz, gətiriləcəyiniz gün uzaqda deyil. Namərd yığını. Bax o zaman duetinizə yenidən baxmaq istərəm. Quzu səsli duetinizə. Dovşan simalı duetinizə. Ürkək baxışlı duetinizə!” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR