Prezident finlandiyalı naziri qəbul edib - YENİLƏNİB

OXUNUB: 768 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İcmal.Az-ın məlumatına görə, dövlət başçısı Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin Azərbaycana səfərinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq, o cümlədən ticarət dövriyyəsinin artırılması ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi və bunun üçün geniş potensialın mövcud olduğunu vurğulayıb.

Prezident İlham Əliyev nəqliyyat dəhlizi sahəsində də əməkdaşlığın önəm daşıdığını bildirərək qeyd edib ki, Azərbaycan hazırda tərəfdaş və qonşu ölkələr arasında nəqliyyat bağlantısının yaradılması işinə fəal sürətdə investisiya qoyur və ölkəmiz mühüm Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinə çevrilməkdədir:

"Şimal-Cənub nəqliyyat layihəsinin uğurlu icrasına başlanıb. Azərbaycan bu sahəyə böyük həcmdə sərmayə qoyur”.

Finlandiyanın xarici ticarət və inkişaf naziri ölkəmizə səfər proqramının çox məzmunlu olduğunu deyərək, səfər zamanı məhsuldar görüşlər keçirəcəyinə ümidvar olduğunu söyləyib. O, Bakının gözəlliyinin nümayəndə heyəti üzvlərində böyük təəssürat doğurduğunu qeyd edib və paytaxtımızda tarixi arxitektura abidələrinin müasir binalarla gözəl vəhdət təşkil etdiyini vurğulayıb.

11:46

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 5-də Finlandiyanın xarici ticarət və inkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İcmal.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

İcmal.Az

RƏYLƏR