Prezident Gəncədə həlak olan polis zabitlərini ordenlə təltif edib

OXUNUB: 787 index-manşet SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

İcmal.Az-ın xəbərinə görə, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilsinlər:

İlqar Məmməd oğlu Balakişiyev - polis polkovniki (ölümündən sonra)

Səməd Yunis oğlu Abbasov - polis polkovnik-leytenantı (ölümündən sonra).

 

İcmal.Az

RƏYLƏR