"Pulunuzu, paranızı "Kapital Bank"dan çəkin, iflasa gedir" - ÇAĞIRIŞ

OXUNUB: 2188 Özəl GÜNDƏM BANK
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Əli Sahib şərh yazıb: "Deməli, ötən ilin dekabrından bu günə qədər, hər gün "Kapital Bank" və rəhbərliyini "xoş sözlərlə" yad edirəm. Oğurluqlarına hələ də don geyindirib qarşıma çıxa bilmirlər. Kredit borcunu 1 gün gecikdirsən üstünə nəsil-nəcabətinin faizini gəlir. Vətəndaşların 2 aydır pulunu bank əsassız olaraq dövr etməklə məşğuldu. Bu oğurluq deyil nədi? Bu müştərinin cibinə girmək deyil nədi? Bankda vəziyyət o həddə çatıb ki, depoziti olan müştərilərə yalvarırlar ki, anlayış göstərin. Axı nəyə anlayış göstərək? Nə baş verir? Niyə müştəri pulunu dekabrdan bəri bankdan çəkə bilmir? Bu suallar hamısı bank tərəfindən bilərəkdən təşkil olunmuş zənglər labirintində itir. Çox ciddi nöqsanlar və faktlar var. Hələki əsəbiyəm, çalışacam soyuq başla gün ərzində yazım. Dostunuzda, tanışınızda, qohumunuzda bu bankın müştərisi və ya depoziti olan varsa keçmiş olsunu birinci siz deyin. Bank batacaq! Bankın sistemində günlərlə, həftələrlə problem ola bilməz. Bunu bank işçiləri yaxşı bilir. Ən uzağı 2 saata problem aradan qaldırılır. Dostlar, bank iflasa gedir.  İnandırıcı da deyil ki, dövlət indiki vəziyyətdə onlara yardım etsin. Pulunuzu, paranızı bu bankdan çəkin, əgər çəkə bilsəz..."

RƏYLƏR