Atlantik okeanında formalaşmış "İrma" qasırğası Karib hövzəsindəki bir çox ada dövlətləri vurub, çoxsaylı tələfata və ciddi fəsadlara səbəb olub.
Qasırğa ABŞ prezidenti Donald Trampın Sent-Martin adasındakı "Le Cheteau des Palmiers" villasını da viran qoyub.
Sent-Martin adasının Fransaya məxsus hissəsində yerləşən 16,5 milyon dollarlıq villa 320km/saat küləklə müşayiət olunan "İrma"nın dağıtdığı villa indi satışa çıxarılıb.
11 yataq otağı olan, ranço tipli "Le Cheteau des Palmiers"in ərazisindəki palmalar qırılıb, hovuzlar çirkabla dolub./milli
İcmal.Az
Videonu izləmək üçün şəklə klikləyin: