Qazi anası: "Göyçay icra başçısı dedi ki, biz qazi ailələrinə kömək etmirik, Prezident özü..." - VİDEO

OXUNUB: 1048 Özəl HADİSƏ
Göyçay rayonu Mallı-Şıxlı kənd sakini Qazi anası Məmmədova Maygül Bahadur qızı Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya məktub yazıb.
 
7News.Az yeniavaz.com-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident İlham Əliyev və vitse-prezident Mehriban xanım Əliyeva!
Mənim oğlum Məmmədov Yusif Müşfiq oğlu Vətən müharibəsi qazisidir. Yusif həqiqi hərbi xidmət keçən müddətdə 27 sentyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanılan müharibədə iştirak edib. 01 oktyabr 2020-ci il tarixdə ağır yaralanıb. Buna görə o hospitalda cərrahiyə əməliyyatı olunub. Diaqnozu qapalı fəqərə sütunu onurğa beyin travması olub. Cərrahiyyə əməliyyatından sonra sol aşağı ətrafı yüngül, sağ aşağı ətrafı isə dərin monoparest, çanaq orqanları funksiyasının pozulmasından əziyyət çəkir. Ağır yaralı oğlumu bir yerdən digər yerə qucaqda aparırıq hərəkət edə bilmir. Böyrəkləri işləmir şlank vasitəsi ilə sidiyi ifraz edilir. Oğlum hospitaldan hazırda evə məzuniyyətə buraxılıb. Mənim həkimlərdən heç bir şikayətim yoxdur əksinə tam razıyam.

Ancaq Göyçay rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadə bizim ailəyə qarşı hörmətsizlik etdi. Dəfələrlə onun qəbuluna getsəm də nə qəbul etdi, nə də köməklik göstərdi. Mənə köməkçisi vasitəsi ilə sözü bu oldu ki, biz qazi ailələrinə kömək etmirik prezident özü kömək edəcək. Gördüyünüz kimi yararsız qəzalı daxmada yaşayırıq. Döşəməsi torpaq, tavanı isə tam yararsız olan bu daxmada xəstə qazinin yaşaması onun sağalmasına çətinlik yaradır və səhhətini daha da ağırlaşdıracaq. Həyat yoldaşım rəhmətə gedib. Yetimçiliklə 4 övlad böyütmüşəm. Uzun illərdi Yusif və qardaşı Rəvan fəhləçilik edib həyətdə ev inşa etdiridik. Yarımçıq qalmış həmin evin hasarı hörülüb üstü bağlansada tavanı, döşəməsi qapıları yoxdur, qazı, işığı çəkilməyib. Buna isə bizim maddi imkanımız yoxdur. İstəyim odur ki, həmin yarımçıq evin bir otağını tezliklə hazırlayaq ki, ağır xəstə olan oğlum Yusif orada yaşasın. Mən icra başçısından buna görə xahiş etmişdim ki, Allah və Vətən xatirinə bizə köməklik göstərsin. Ancaq o bizə qarşı yaramaz hərkət edib qəbul və kömək etmədi. Mən həmçinin kömək üçün deputat Sabir Hacıyevə də teleqram göndərmişəm. Ancaq o da kömək etmədi.

Qeyd edim ki, biz özümüz "Yaşat” fonduna müraciət etmişik. İcra başçısı Mehdi Səlimzadə reklam xəstəliyinə tutulub. Bir iki qazini yığıb otağına şəkil çəkdirib özünün əlində saxladığı bir-iki saytda nümayiş etdirib prezidenti, ictimaiyyəti aldadır. Ancaq əslində isə Mehdi Səlimzadə vətəndaşa qarşı çox haqsız və laqeyid icra başçısıdır. Sağ olsun qohum-qonşular bizə ərzaq yardımı edirlər.

Qazi anası olaraq sizdən çox xahiş edirəm bizim vəziyyətimizi araşdırıb nəzərə alıb yaxından köməklik göstərəsiniz”.

 
Qazi anası Məmmədova Maygül xanımın əlaqə telefonu (050) 557-74-56
 

RƏYLƏR