Bakıda daha bir məhkum xəstəlikdən vəfat edib.
Hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan 1990-cı il təvəllüdlü Lətif Vilayət oğlu Bəyişov xəstəlikdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 2015-ci il avqustun 15-də Beyləqan rayonunun Qaradağlı kəndində kənd sakini Lətif Bəyişov münaqişə zəminində qohumu Xəqani Bəyişovu güllələyib. Məhkəmənin qərarı ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. /apa
İcmal.Az