Qonşusunu öldürüb meyitini doğradı, qalıqları 5 kisəyə yığdı

OXUNUB: 734 HADİSƏ DÜNYA
Rusiyanın Sankt-Peterburq şəhərinə 39 yaşlı şəhər sakininin qətlində şübhəli bilinən qonşusu, 41 yaşlı qadın saxlanılıb. Öldürülən şəxsin meyiti doğranaraq qalıqları 5 kisəyə yığılıb. Kisələr evin yaxınlığındakı zibillikdən tapılıb. İşsiz qadın Anastasiya X.-nın qonşusunu tamah məqsədilə öldürdüyü ehtimal edilir. Yerli KİV qətlə yetirilən şəxsin mənzilində yaşayan iki şəxsin hadisədən sonra yoxa çıxdığını yazır.

RƏYLƏR