Qorxuların kabusu, yoxsa böyük biznesin xırda virusu? - Problemə ANAR RƏHİMOV BAXIŞI

OXUNUB: 1535 Özəl AZƏRBAYCAN SOSİAL TƏHLİL
İsraildə mindən çox məktəbli karantinə yerləşdirib, Azərbaycanda isə məktəblərin 50 faizi dezinfeksiya olunub...
 
Əvvəlcə başlıqdakı müqayisəyə baxaq, görək nədi, nə deyil!? İsraildə məktəblilərin karantinə yerləşdirilməsinə səbəb Benner rayonundakı təhsil müəssisələrindən birində şagirdin koronavirusa yoluxmasıdır. Həmin şagird virusa oyuncaq mağazasında İtaliyadan həmyerlisi ilə ünsiyyətdən sonra yoluxub. Bu günədək isə, İsraildə 15 nəfərdə koronavirus aşkarlanıb.
 

 
Azərbaycanda koronavirusla bağlı vəziyyət bir az fərqlidir. Belə ki, karantinə yerləşdirənlər barədə məlumatın ictimailəşməsi bir az yubadıldı. Buna səbəb isə, insanların əsassız panikaya düşməsinin qarşısını almaq və yəqin ki, şübhəli pasientlərin yoxlanılmasına sərf olunan vaxtdır.  Axı virus həyatımıza ciddi təhdid olmasa da, cəmiyyətə infeksiya daşıyıcısı buraxmaq olmaz. Bəlkə də bütün bu qabaqlayıcı tədbirlərə görə, Azərbaycanda epidemiyanın geniş yayılması müşahidə olunmur. O ki, qaldı İsraildə məktəblinin virusa yoluxmasına və Odlar Yurdundakı məktəblərdə dezinfeksiya işlərinin hələ yarı faizinin yekunlaşdığına bunun özü də az öncəki fikrimizin təsdiqidir.
 
 
 
Tacvari infeksiya Azərbaycanda hegemonluq edə bilmir. Martın 9-dək bütün orta məktəblər təmizlənmiş olacaq və şagirdlər darıxdıqları dərslərinə qayıda biləcəklər. Əlbəttə təhsilin əhəmiyyəti böyükdür. Çünki hamı elementar nəzəri bilikləri bilsə, həkim məsləhətlərinə və rəsmi açıqlamalara qulaq qoysa, təlaşlanmazdılar. Sadəcə ehtiyat tədbirləri görər və sağlamlıqlarını qorumuş olardılar. Yoxsa aptek-aptek tibb maskası, spirt balonları axtarmaq bir yana alıb, evə yığmağın nə mənası var?! Əlbəttə hər bir evdə "apteçka” deməyə öyrəşdiyimiz zəruri ləvazimatlar olmalıdır. Lakin siz dünya savaşına, yoxsa apokalpsisə hazırlaşırsız!? 14 il əvvəl dünyadan köçmüş, guya onun nə vaxtsa miras qoyduğu koronavirus proqnozlarına bel bağlayırsınız? Bəli, Vanqanın müəyyən dedikləri reallığa bənzəyir, oxşar hadisələrin şahidiyik. Ancaq bu onun hər söylədiyini ayələşdirmək, müddəalaşdırmağa əsas vermir. Sürətli inkişaf yaşayan dünyamızda çox şeyin proqnozun vermək olar – virusların da, savaşların da, elə təbii fəlakətlərin də! Bir şey ki, bəzi dövlətlərdə təbii fəlakət törədə biləcək silahlar da var. Belə olan halda virus yaymağa nə var? Bu yanaşdığımız qədər ciddi virus olsaydı, elə Çinin özündə yumoristik, xəstəliyi, infeksiyadan qorunmanı araya qoyan video və fotolar yayımlanmazdı. Biri başına alt paltarı taxır, biri vedrə, digəri ağızına gündəlik bez keçirdir. Onsuz da virusun beşiyi olan dövlətdə xəstəliyə yoluxanların 50 mini müalicə ilə sağalıb. Bu da bir daha isbatlayır ki, koronavirus adi qrip növlərindən biridir və həmin adi dediyimiz qrip daha çox ölümə səbəb olur. Çalışaq sağlam düşünək ki, orqanizmimiz, canımız da sağlam olsun!!!
 
 
 





RƏYLƏR