Qubada qətl hadisəsi qeydə alınıb.
İcmal.Az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Güləzi kəndində qeydə alınıb.
Kənd sakini, 1986-cı il təvəllüdlü Ələsgərov Murad Şirinbəy oğlu həyat yoldaşı 1988-ci il təvəllüdlü Ələsgərova Ulduz Aydın qızının başını kəsərək qətlə yetirib.
Ailənin azyaşlı övladı var.
Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İcmal.Az