Quba rayonu Səbətlər kənd sakini A.İsmayılov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evindən 1198 manat pulunun naməlum şəraitdə oğurlandığı barədə məlumat verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, məlumatla əlaqədar RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və hadisə yerinə baxış keçirilib. Peşəkarlıqla aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində pulların zərərçəkənin qardaşı, 20 yaşlı Taleh Qədirov tərəfindən oğurlandığı müəyyən edilib. İlkin dindirilmə zamanı T.Qədirov törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pullar isə maddi sübut kimi ondan götürülüb. Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
İcra başçısından mikrafonla danışmağı tələb edən şəxs cəzalandırılıb
02.05.2024, 18:28 / HADİSƏ -
-
"Baboşu" bahalı "Gelandewagen"lə görməyə gələn şəxs barəsində cinayət işi başlanılıb - VİDEO
28.04.2024, 14:44 / HADİSƏ -
"La Corne Hotel" biabırçı problemlər - Onlar bizi xarici qonaqların yanında üzü qara edir?
27.04.2024, 10:36 / HADİSƏ -
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
27.04.2024, 10:27 / HADİSƏ -
Anar Tağıyev kimlərə güvənir ki belə məsuliyyətsizlik edir?
26.04.2024, 16:38 / HADİSƏ -